четверг, 10 ноября 2011 г.

СТАНДОТКЛОНПА


Qohum funksiyalar:
Sintaksis:
    СТАНДОТКЛОНПА(значение1;значение2;...)
Nəticə:
     Baş külliyyata görə standart meyli hesablayır. Arqumentlər mətnlərdən və məntiqi qiymətlərdən ibarət ola bilər.
Arqumentlər:
     значение1, значение2, ...: baş külliyyata uyğun olan 1-dən 255-ə qədər arqumentlər. Hesablamada ədədi qiymətlərlə birlikdə mətn və ИСТИНА və ЛОЖЬ kimi məntiqi qiymətlər də nəzərə alınırlar.
Qeydlər:
  •      СТАНДОТКЛОНПА funksiyası verilənlərin baş külliyyatı əhatə etməsini nəzərdə tutur. Əgər onlar seçmə külliyyatdan götürülürsə, onda СТАНДОТКЛОНА funksiyasından istifadə edirlər.
  •      ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya olunur. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda СТАНДОТКЛОНП funksiyasından istifadə olunmalıdır.
Riyazi-statistik interpretasiya:
   СТАНДОТКЛОНП funksiyasının təsvirinə bax.

Misal
Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). Baş küliyyata görə standart (orta kvadratik) meyli müəyyən etməli.

Həlli
 
Məsələni СТАНДОТКЛОНПА funksiyası vasitəsilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
1
1345
1301
1368
1322
1310
1370
1318
1350
1303
1299

     2.    Nəticənin yazılacağı xananı seçək ($A$3)
3.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СТАНДОТКЛОНПА funksiyasını seçək. Bu zaman СТАНДОТКЛОНПА funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4.    Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:J1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan yenə də yuxarıda hesabladığımız 26,05 qiyməti əmələ gələcəkdir.